Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Səməd Vurğun

Azərbaycan



Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmta, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamısan ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır.
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır...

Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ üzlərə
Könül istər şe'r yaza;
Gəncləşirəm yaza-yaza...

Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər
Əlin qələm, sinəm dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.

Kateqoriya: Səməd Vurğun | Əlavə edib: meyxanarer (03.05.2008) | Müəllif: Etibar Rzali
Baxılıb: 17658 | Fikir bildir: 11 | Reytinq: 3.7/33 |
Bütün şeirlər: 111 2 »
23.11.2014
11. zoxra [Material]
Əla şeirdi.ALLAH REHMET ELESİN!!!

16.11.2014
10. NəZrİn [Material]
Çox superdi men hetta anlamın bilirəm bunu bilmək istəyirsinizsə burda yorum atın.

29.10.2014
9. yunis [Material]
eladı bu şeir,çox isteyirem bu şairi

03.02.2014
8. Unknown [Material]
aysu xanim incimiyin ama cox rucnoy xanimsiniz, bilirsiniz neye gore, e-mail yerine sherh yazmisizniz, sherh yerine e-mail

02.12.2013
7. Murad [Material]
ssd

02.12.2013
6. toyuq5 [Material]
ela

09.11.2013
5. Nəsrin Abdullayeva [Material]
çox sevirəm bu şeiri

28.10.2013
4. hj [Material]
hj

18.10.2013
3. sara nuriyeva [Material]
kopyaladim :)))

10.09.2013
2. aysu [Material]
aysu memmedli@mail.

1-10 11-11
İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz