Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Səməd Vurğun

DAĞLAR



Binələri çadır- çadır
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!

Maral gəzər asta – asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar?

Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda bahar çağı:
Bir doyunca gəzim, dağlar!

Qayaları baş – başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar

1943
Kateqoriya: Səməd Vurğun | Əlavə edib: meyxanarer (03.05.2008) | Müəllif: Etibar Rzali
Baxılıb: 15100 | Fikir bildir: 9 | Reytinq: 3.7/14 |
Bütün şeirlər: 9
27.10.2014
9. sara [Material]
ay cox sagolun

15.05.2014
8. aylin [Material]
cox sagol olun bu seir mene cox komek etdi

27.04.2014
7. Nərgiz [Material]
Bu şeiri bizim sinifdən 4 nəfər öyrənər. Mənim fikrimcə.

11.03.2014
6. SeKsSI BoY [Material]
jokj

25.02.2014
5. lale [Material]
sag olun muellimemin verdiyi tapsiriqi artiq yerine yetirdim . seir cox fusunkardir....

18.10.2013
4. sara nuriyeva [Material]
my dear friends I love you much :* For you best friends forever )))) ♥

09.11.2009
3. akbar [Material]
im from Tebriz look for semed's poems in english

09.11.2009
2. akbar [Material]
guzeldir guzel

09.11.2009
1. akbar [Material]
guzeldir guzel

İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz