Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Bəxtiyar Vahabzadə

İki kor

Bir kor tanıyıram, gözü korsa da, özü kor deyil.
Bəzən qəm odunda qovrulursa da,
Ağlına, hissinə o nankor deyil.
Gecəli-gündüzlü yazır, oxuyur,
Ağlınm gözüylə o görür, duyur.

Ancaq... biri də var... kor deyilsə də,
gözü görməyir.

Dostu göz önündə öldürülsə də,
görmədim deyir...
Yaxşıya ortaqdır, yamanı görmür,
O, saata baxır, zamanı görmür.
Fikrini, hissini ucadan deməz,
bəzən gördüyünü görmək istəməz.

Gözləri görməyən kor deyil hələ,
Görmək istəməyən kordur, deyərdim.
Belə müqəvvaya, belə cahilə
Həyatın özü də gordur, deyərdim.

1968

Kateqoriya: Bəxtiyar Vahabzadə | Əlavə edib: meyxanarer (19.04.2008) | Müəllif: Etibar Rzali
Baxılıb: 2273 | Fikir bildir: 3 | Reytinq: 4.0/4 |
Bütün şeirlər: 3
27.07.2013
3. Aska [Material]
Rahib, əgər zəfəranın nə olduğunu bilmirsənsə bura girmə !

16.09.2012
2. Nərmin [Material]
Rahib, sən belə şeyləri başa düşmərsən

02.05.2008
1. Rahib [Material]
Elə də xoşuma gəlmədi

İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz