Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Bəxtiyar Vahabzadə

Bir salama dəymədi

Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?...
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Sentyabr 1961

Kateqoriya: Bəxtiyar Vahabzadə | Əlavə edib: meyxanarer (19.04.2008) | Müəllif: Etibar Rzali
Baxılıb: 3037 | Fikir bildir: 2 | Reytinq: 5.0/2 |
Bütün şeirlər: 2
01.05.2008
2. IMMORTAL_220V:) [Material]
realliq

21.04.2008
1. etibombom (etibombom) [Material]
bomba seirdi

İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz