BIR QƏRIBƏ YUXU GÖRDUM… Ömür yolum- içimdəki vuruşlarım. Mübarizəm-talem ilə yarışlarım. Qədərimin yazıları-alnımdakı qırışlarım. Kaş onları pozan ola! Təzəsini istəyimcə yazan ola! Tutuşmuşam, çaxmaq yoxdur alışmağa, Qaynayıram, təpərim yox, nə coşmağa, nə daşmağa. Ürəyimin sözlərini oba-oba danışmağa Dədə Qorqud timsalında ozan ola, Bir qəribə yuxu gördüm, istəyimcə yozan ola! 1977