Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Bəxtiyar Vahabzadə

Qorxu
Mənim sol əlimdə yanıq yeri var,
O mənə töhfədir körpəliyimdən.
Odun odluğundan xəbərsiz vaxtlar
əlimi manqalda yandırmışam mən.

Mənə "cız" dedilər,
Ancaq qorxmadım.
əlimi yandırıb tanıdım odu.
Mənim həyat ilə ilk tanışlığım
əlimi yandıran oddan başladı...

Oxşadı gözümü hələ uşaqkən
Ocağın al-əlvan alovu, közü
Dünyaya gələli, bilmirəm nədən
Nəyə vurulduqsa, yandırdı bizi...

Mən oddan qorxmadım yanana qədər;
Mən qorxu bilmədim qanana qədər.
Elə ki, yandım,
Odla oynamaqdan qorxdum, dayandım.
Başlandı qorxu-
Başlandı ehtiyat-
Başlandı həyat...
1966, Şəki

Kateqoriya: Bəxtiyar Vahabzadə | Əlavə edib: meyxanarer (19.04.2008)
Baxılıb: 2248 | Fikir bildir: 2 | Reytinq: 3.5/2 |
Bütün şeirlər: 2
16.12.2014
2. rahil [Material]
bu seirin menasini basa dusene afffffffffffferin

16.12.2014
1. rahil [Material]
bu seir cooooooooooooooooooooooox gozeldir sairin men en cox biri varidi biri yoxidi seiridir menim en sevdiyim sair BEXTIAR VAHABZADEDIR.

İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz