Menu

Mini-chat
200

Ana səhifə » 2008 » May » 2 » Sənin öz pisliyin özünə qaldı...
Sənin öz pisliyin özünə qaldı...
01:11
Bu hadisə 2008-ci ildə 307-ci qrup daxilində baş vermişdir. Bir gün Müəllim qrupda oxuyan tələbələrdən 6 nəfəri dərsdən çıxarır və dekanatlıqdan icazə kağızı alana qədər dərsə buraxmayacağını deyir. Bundan sonra 6 nəfərdən 4ü elə həmin vaxt dekanatlığa üz tutur. Elə bu şeirdə yolda yaranır...
 
 
Sana qurban olum, Zamdekan qardaş
Mənə bir ərizə ver, qoy çıxım gedim.
Vallah, bu işlərə qalmışam çaş-baş
Mənə bir ərizə ver, qoy çıxım gedim.
 
Çaylar, sellər kimi daşıb gəlmişəm
Kərəmin başından aşıb gəlmişəm
Zibilə düşmüşəm, çaşıb gəlmişəm
Mənə bir ərizə ver, qoy çıxım gedim.
 
Niyə yıxılmayıb ölməmişəm mən
Həl də özümə gəlməmişəm mən
Sən Allah bağışla, bilməmişəm mən
Mənə bir ərizə ver, qoy çıxım gedim.
 
Kollokvium vermədik, "atrabotka" yox
Az bu "qayıb"ları gözümüzə sox
Səviyyəmiz azdı, şitləyimiz çox
Mənə bir ərizə ver, qoy çıxım gedim.
 
Altı nəfər getdi on dörd nəfərdən
Düzdü, qələtimiz oubdu hərdən
Vallah, oxuyarıq gələn səfərdən
Mənə bir ərizə ver, qoy çıxım gedim.
 
İcazə kağızını alırlar və dərsə qayıdıb (sanki müəllimə acıq vermək üçün) istehza ilə bir-bir kağızləar müəllimə təqdim edirlər və dərsdə iştirak edirlər. Və bu şeirdə də müəllimə dedikləri (ürəklərində) ifadə olunub...
 
Ağrım ürəyinə, a Kərəm müəllim!
Sənin öz pisliyin özünə qaldı.
Güvəndin nəyinə, a Kərəm müəllim
Sənin öz pisliyin özünə qaldı.
 
Gətirdik ərizəni indi qandınmı?
Görən dincəldinmi, rahatlandınmı?
Bizi göndərəndə heç utandınmı?
Sənin öz pisliyin özünə qaldı.
 
Bir ayağın gorda sabah öləjən
Onsuz imtahanda pul götürəjən
Kim olduğumuzu onda biləjən
Sənin öz pisliyin özünə qaldı.
 
Müəllim adamsan səviyyən olsun
Mərifətin olsun, tərbiyən olsun
Gğtür ərizələri, hədiyyən olsun
Sənin öz pisliyin özünə qaldı.
 
Yazıbdı bu şeiri Etibar, Hikmət
Bağlandı bu söhbət, şeytana lənət
Boş yerə qazandın özünə nifrət
Sənin öz pisliyin özünə qaldı.
 
 
Bu hadisə ATU 307-ci qrup tələbələrinin yaddaşından silinməzdir...
Прикрепления: Şəkil 1
Baxılıb: 1595 | Əlavə edən: meyxanarer | Reytinq: 5.0/4 |
Всего комментариев: 3
10.11.2009
3. Etibar (etibarrer) [Material]
dogrudan maraqli seiriymis:)

08.03.2009
2. SensizZordu [Material]
deyrem adam olmadidana bu 307nin oglanlari :) witowdar :) bu il oluf bu? nagarirdinizki qovdular sizi?

02.05.2008
1. IMMORTAL_220V:) [Material]
ssssssssssuuuuuuuuppppppppppeeeeeeeeeeerrrrrrrrrr

Əlavələr etmək üçün qeytiyyatdan keçməlisiniz, əgər keçmisinizsə istifadəçi kimi daxil olmalısınız.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Kalendar
«  May 2008  »
BB.eÇ.aÇC.aCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz