Menu

Şairlər
Loğman [5]
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Səməd Vurğun

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN!
 


Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!

Ovçuluğa meyil saldım,
Gecə – gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə – süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!

1953
Kateqoriya: Səməd Vurğun | Əlavə edib: meyxanarer (03.05.2008) | Müəllif: Etibar Rzali
Baxılıb: 11383 | Fikir bildir: 12 | Reytinq: 4.1/11 |
Bütün şeirlər: 121 2 »
13.09.2014 Spam
12. huseynaqa eliyev bakili
gozel seirdi allah rehmet elesin

27.05.2014 Spam
11. ayka
Sənəd Vurğunun bu şeiri mənim çox xoşuma gəlir. Doğurdan da şair, nə tez qocaldin sən!

02.05.2014 Spam
10. Diara
hec kim bele yaza bilmezdi

06.03.2014 Spam
9. adil
poyraz

14.02.2014 Spam
8. Füzuli Tovuzlu
Səməd Vurğuna Allah qəni-qəni rəhmət etsin! Onun yazdığı şerlər alimin də çobanında yadinda qalan və onlara təsir edən şerlərdir

02.02.2014 Spam
7. peri
gozel seirleri var

22.12.2013 Spam
6. tuncay
SEMED VURGUN SEIRLERI COX XOSUMA GELIR

02.11.2013 Spam
5. lale
Semed vurgunun seirlerini cox sevirem cunki, butun seirlerinde derin mena var ve bu sorleri oxuduqca fikre getmemek mumkun deyil.

18.10.2013 Spam
4. aylin wiynka GS
sladkaya milashka faceden dostux atin ((((

03.10.2013 Spam
3. isik
cox gozel seirdi

1-10 11-12
İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2019
Site managed by uCoz