Menu

Şairlər
Loğman [5]
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Mehman Rasimoğlu

BİLMİRƏM
Könlüm sevda ilə qəhərlənibdi
Elə hey ağlayır, gülə bilmirəm.
Bulağa dönübdü axan gözyaşım
Aylar, illər ötdü silə bilmirəm.

Bəzən ayrılığa sevinirəm mən
Bəzən yar həsrəti yandırır, nədən?
Ruhum tir-tir əsir, alışır bədən
Bu nə məhəbbətdi?! Bilə bilmirəm.

Dedilər: məhəbbət yaramaz sənə
Gülün həsrətilə düşmə çəmənə.
Könlünü hicranla dağlayar yenə
Düzmü demişdilər ?! Hələ bilmirəm.
Sızladı gecələr teli könlümün,
Quruyub, solubdu gülü könlümün.
Tutulub, lal olub dili könlümün
Qəlbim heç gələrmi dilə?! Bilmirəm.

Bizi yaradıbdı qoşa təbiət
Sonra ayrılığa yaradıb vüsət.
Həzin-həzin alışıb, yanan məhəbbət
Bəs niyə dönübdü külə?! Bilmirəm.

Dolanır bu ruhum kədərdə-qəmdə,
Mənimlə əriyir alışan şəm də.
Eşqin sarı simi titrəyir bəmdə
Qalxa bilərəmmi zilə?! Bilmirəm.

Məni tənha qoyub getdin dünyadan
Sənsiz bu dünyada dövr etməz zaman.
Uzadıb əlimi mən sənə bu an
Gəlmək istəyirəm, gələ bilmirəm.
26.05.08

Kateqoriya: Mehman Rasimoğlu | Əlavə edib: etibombom (21.07.2008) | Müəllif: Mehman Rasimoğlu
Baxılıb: 1412 | Fikir bildir: 7 | Reytinq: 4.0/1 |
Bütün şeirlər: 7
28.04.2014 Spam
7. SAHIB
COX GOZEL SEIRDI.Bu seiri yazana gozel heyat arzuluyuram

21.03.2011 Spam
6. Kamran
Bu şeiri yazanı təbrik edirəm.Boş-boş tənqidin yeri yoxdu.Fakdın varsa göstər adınnan.

18.02.2011 Spam
5. Necmeddin
Bilə sözü yoxdur azərbaycan dilində,

Həm də bu şeir Qədir qızılsəsin oxuduğu mahnının dəyişilmiş variantıdır.

Gülə bilmədim,gülə bilmirəm.


30.01.2010 Spam
4. yazar
əla şeirdi

12.12.2009 Spam
3. şeir ölüsü
əla, şeir bax budur

12.12.2009 Spam
2. shair
super

17.09.2008 Spam
1. abcde (abcde)
hands super.halaldi bu sheiri yazana

İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2019
Site managed by uCoz