Ey könül, salma nəzər eşq gətirər canə səni, Vüsala həsrət edib, mindirər hicrana səni. Neçəki ayrı gəzir, yar sənə bel bağlamayır, Dolansa başına ol döndərər dumanə səni. Titrərək tutsan əgər əllərini sevgilinin, Alışar şam kimi eylər şama pərvanə səni. Dolaşar fikrin sənin əsri olsan məhəbbətin, Göndərər hər yanı zülmət dolu zindanə səni. Bivəfa bağçasında bülbül olub nəğmə demə, Kol duymaz nəğməkarı dindirər biganə səni. Əğyara vermə macal qəlbini çox fəth eləsin, Kənlünə cəfa verib dağlayar pünhanə səni. Qəsd etsən öz canına, Mehman, sevda caynağında Yazacaqlar məzarına dəli - divanə səni. 27.09.07.
|