TƏNHA MƏZAR
1918-ci ildə erməni basqınına məruz qalmış Azərbaycana köməyə gələn türk ordusunun zabiti şücaətlə döyüsmüş, Şamaxı ətrafında erməni gülləsinə tuş gəlmişdir. 0, öz, arzusu ilə yaralandığı yerdə də dəfn olunmuşdur.
Yolun kənarında tənha bir məzar Üstündə nə adı, nə soyadı var. Ey yolçu, masını əylə bu yerdə Soruş kimdir yatan tənha qəbirdə?
O, bir türk zabiti, qəhrəman, mətin! Doğma qardaşına yardıma gəldi. Qırğına tutulan millətimizin Haqlı savaşına yardıma gəldi.
Uzaqdan hay verib sənin səsinə, Gəldi, qayıtmadı öz ölkəsinə. Düşmən səflərini o, soldan sağa Biçib dəstəsiylə cəbhəni yardı. Torpağın yolunda düşüb torpağa Sənin torpağını sənə qaytardı.
Özü qoruduğu, həm can verdiyi Yolun kənarında dəfn edildi o. Uğrunda canını qurban verdiyi Torpağı özünə vətən bildi o.
Yolçu, masınını bu yerdə əylə O məzar önündə sən təzim eylə. Səcdə qıl, dua ver onun ruhuna Ayaq basdığın yer borcludur ona.
İyul, 1998
|