Menu |
|
![](//src.ucoz.net/t/995/16.jpg) |
Şairlər |
|
![](//src.ucoz.net/t/995/16.jpg) |
Mini-chat |
|
![](//src.ucoz.net/t/995/16.jpg) |
|
![](//src.ucoz.net/t/995/17.gif) | |
![](//src.ucoz.net/t/995/19.gif) |
|
Sevginin tilsimindən
SEVGININ TILSIMINDƏN
Həyat bizim üçün çox ağır oldu, Bizim halımız bu, rüzgarımız bu. Bu qədər bağlıykən könul-könülə, Qorxuram həyatın hər zərbəsindən. Biz gərək çıxmayaq bircə dəm belə Sevginin tilsimli cazibəsindən.
Bir kökdən cücərir hər istəyimiz, Eyni bir taleyi tən bölüşmüşük. Çəkmə taylarıtək sağ-sol idik biz, Sonradan gör necə tayekeş duşmuşuk. İstək başımızda döndu qaxınca, Tənələr dəmbədəm xırpalar bizi. Məhəbbət dəmində ucaldan uca, Həyat qəpik-qəpik xırdalar bizi.
Gətir xatirinə gecə-gündüzü, Biri qapqaradır, biri ağappaq. Sevginin bu tayı sevginin özü, Sevginin o tayı gileydir ancaq. Sevginin tilsimli cazibəsindən Gəl, gülüm, çıxmayaq, aman, çıxmayaq!
1989
|
Kateqoriya: Bəxtiyar Vahabzadə |
Əlavə edib: meyxanarer (19.04.2008)
| Müəllif: Etibar Rzali
|
Baxılıb: 1249
| Reytinq: 4.0/1 |
|
| |
![](//src.ucoz.net/t/995/22.gif) | |
![](//src.ucoz.net/t/995/24.gif) |
|
İstifadəçi girişi |
|
![](//src.ucoz.net/t/995/16.jpg) |
Axtar |
|
![](//src.ucoz.net/t/995/16.jpg) |
Dost saytlar |
|
![](//src.ucoz.net/t/995/16.jpg) |
Statistika |
Hal-hazırda online: 1 Qonaq 1 İstifadəçi 0 |
![](//src.ucoz.net/t/995/16.jpg) |
|