Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Bəxtiyar Vahabzadə

Bayatılar

Əzizim dərdə mərdim,
Düşməsin dərdə mərdim.
Mənə dərman neyləsin?
Tifilkən dərd əmərdim.


Bayatilar! Sözə ənbər qatılar,
Damarımda nəbz kimi atılar.
Bayatının atəşindən, odundan
Ürəyimdə neçə tonqal çatılar.

Bayatılar! Sinə dağı, göz dağı,
Məhəbbətin tüstülənən ocağı.
Bir millətin kimliyini bildirən,
Nəfəsindən ləpələnən bayrağı!

Bayatının boyasına boyandım,
Söz - qibləmdir, söz - eşqimdir, söz andım.
Bayatının tilsiminə düşüncə
Vallah şair ölduğuma utandım.

Aprel, 1998.

Kateqoriya: Bəxtiyar Vahabzadə | Əlavə edib: meyxanarer (19.04.2008)
Baxılıb: 3081 | Reytinq: 0.0/0 |
Bütün şeirlər: 0
İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz