Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Baba Pünhan

Bu adam, bizim adamdır

 

Gözü ac, xəyalı xamdır, bu adam, bizim adamdır,
Yediyi tamam haramdır, bu adam bizim adamdır.

Yemək ilə doymaq olmur, dedi ki, vətən malından,
Yalayım doyum məqamdır, bu adam bizim adamdır.

Neçə ildi parlamanda, gözünü döyüb oturmuş,
Pulu çox, özü avamdır, bu adam bizim adamdır.

Desə ki, müsəlmanam mən, həzər et uzaq gəz ondan,
Desə erməni qudamdır, bu adam bizim adamdır.

Alınıb əgərçi görsən, nəyi var tamam əlindən,
Yeri daş qəfəsdi damdır, bu adam bizim adamdır.

O gələn qonaq-qaradan, mən ölüm nigaran olma,
Adı nola ki, Aramdır, bu adam bizim adamdır.

Yezidə desə babamdır, ona lənət eylə, Pünhan,
Desə ki, babam İmamdır, bu adam bizim adamdır.

7 noyabr, 2001

Kateqoriya: Baba Pünhan | Əlavə edib: meyxanarer (20.04.2008) | Müəllif: Etibar Rzali
Baxılıb: 1330 | Reytinq: 4.5/2 |
Bütün şeirlər: 0
İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz