Əzizim dərdə mərdim, Düşməsin dərdə mərdim. Mənə dərman neyləsin? Tifilkən dərd əmərdim.
Bayatilar! Sözə ənbər qatılar, Damarımda nəbz kimi atılar. Bayatının atəşindən, odundan Ürəyimdə neçə tonqal çatılar.
Bayatılar! Sinə dağı, göz dağı, Məhəbbətin tüstülənən ocağı. Bir millətin kimliyini bildirən, Nəfəsindən ləpələnən bayrağı!
Bayatının boyasına boyandım, Söz - qibləmdir, söz - eşqimdir, söz andım. Bayatının tilsiminə düşüncə Vallah şair ölduğuma utandım.
Aprel, 1998.
|