Menu

Şairlər
Baba Pünhan [15]
Ömər Xəyyam [0]
Nüsrət Kəsəmənli [5]
Bəxtiyar Vahabzadə [16]
Səməd Vurğun [7]
Sizdən gələnlər [0]
Mehman Rasimoğlu [4]

Mini-chat
200

Ana səhifə » Şeirlər » Bəxtiyar Vahabzadə

Bir qəribə yuxu gördüm...

BIR QƏRIBƏ YUXU GÖRDUM…

Ömür yolum- içimdəki vuruşlarım.
Mübarizəm-talem ilə yarışlarım.
Qədərimin yazıları-alnımdakı qırışlarım.
Kaş onları pozan ola!
Təzəsini istəyimcə yazan ola!

Tutuşmuşam, çaxmaq yoxdur alışmağa,
Qaynayıram, təpərim yox, nə coşmağa, nə daşmağa.
Ürəyimin sözlərini oba-oba danışmağa
Dədə Qorqud timsalında ozan ola,
Bir qəribə yuxu gördüm, istəyimcə yozan ola!

1977

Kateqoriya: Bəxtiyar Vahabzadə | Əlavə edib: meyxanarer (19.04.2008)
Baxılıb: 2889 | Fikir bildir: 1 | Reytinq: 3.5/2 |
Bütün şeirlər: 1
31.08.2014
1. nazrin i-va [Material]
Qelemine sagliq SAIR BEXTIYAR BABA!!!

İstifadəçi kimi daxil olun.
[ Qeydiyyat | Giriş ]
İstifadəçi girişi

Axtar

Dost saytlar

Statistika

Hal-hazırda online: 1
Qonaq 1
İstifadəçi 0


Etibar © 2024
Site managed by uCoz